Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının ölüm qabağı dediyi son sözlər nəfəs ala bilməməsi olub.
Müstəqil.az “Report”a istinadən xəbər verir ki, bu barədə bazar günü İstanbulda jurnalistin qətli zamanı qeydə alınan audioyazını dinləyən mənbəyə istinadən CNN telekanalı məlumat yayıb.
“Nəfəs ala bilmirəm”, – deyə mənbə Qaşıqçının son sözlərini sitat gətirib.
Teleşirkətin məlumatına görə, audioyazıda jurnalistlə əlbəyaxa və sonradan onun meyitinin doğranması anının səs-küyünü boğmaq üçün xüsusi olaraq qoşulmuş musiqi səsi eşidilir.
Mənbənin sözlərinə görə, audioyazı onu göstərir ki, Qaşıqçının qatilləri müntəzəm olaraq telefonla zəng ediblər və baş verənləri məruzə ediblər.