Qasparyan-Paşinyan savaşı: “Erkən seçki gündəmdən çıxarıldı”

Qasparyan-Paşinyan savaşı: “Erkən seçki gündəmdən çıxarıldı”

Noyabrın 10-dan sonra Ermənistandakı daxili siyasi gərginliyi həll etmək üçün konsensus hazırlanır, yəni ölkədə erkən parlament seçkilərinə ehtiyac var. Bu, artıq heç kim tərəfindən sorğulanmır, amma erkən seçkilərin təşkili ilə bağlı fikir ayrılıqları var”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Nəşr hazırda Ermənistandakı ictimai-siyasi proseslərin Baş nazir Nikol Paşinyanın baş qərargah rəisi Onik Qasparyanın istefası tələbi ətrafında getdiyini bildirib:

“Bəziləri Nikol Paşinyan dövründə erkən seçkilərin keçirilməsinin lazım olduğunu söyləyir, bəziləri da tələb edir ki, bunun üçün Baş nazir istefa verməlidir.

İndi hakimiyyət yeni gündəm formalaşdırıb – baş qərargah rəisi Onik Qasparyanın istefası. Hər şey Onik Qasparyanın ətrafında gedir. Bəziləri deyir ki, Onik Qasparyan gedərsə, o zaman Nikol Paşinyan da istefa verməlidir, ikincisi qalarsa, Onik Qasparyan da qalmalıdır. Bu şərt baş nazirin istefasınə istəyən bütün qüvvələrin nümayəndələri tərəfindən qoyulur.

Paşinyan isə Onik Qasparyanın istefasına baş nazir kimi gələcəyinin sığortası kimi baxır. Belə təəssürat yaranır ki, erkən parlament seçkiləri tələbi unudulub, əsas müzakirə Paşinyan və Qasparyanın istefasıdır. Onik Qasparyan, əslində, iradəsindən asılı olmayaraq siyasi amilə çevrilib”.

Müəllif: Mənsur Rəğbətoğlu
Share: