Qatarda doğulan uşağa 25 yaşına qədər qatardan pulsuz istifadə hüququ verildi

Fransada qatar nəqliyyatını tənzimləyən şirkət şəhərətrafı qatarlarından birində doğulan körpəyə 25 yaşına qədər bütün xətlərdə pulsuz istifadə hüququ verib.
Moderator.az xəbər verir ki, uşağın qatardakı digər sərnişinlərin və təcili tibbi yardım xidmətinin köməyi ilə dünyaya gəldiyi açıqlanıb.
Doğuş zamanı stansiyadakı həmin xətt üzrə bütün qatarların fəaliyyətinin dayandırıldığı da məlum olub.

Share: