Qay Riçi “Centlmenlər” filminə görə məhkəməyə verildi

Qay Riçi “Centlmenlər” filminə görə məhkəməyə verildi

Qay Riçi  “Centlmenlər” filminə görə məhkəməyə verilib.

Aktyor-yazıçı Mikki DeHara iddia edir ki, rejissor onun hekayə ideyasını mənimsəyib.

İddia İngiltərə və Uelsin Ali Məhkəməsində qaldırılıb.

De Hara bildirir ki, Riçi “şəxsi təcrübə” əsasında 2008-ci ildə çəkilmiş “Rok-n-Roll” qanqster filminin davamını yazmağı xahiş edib. Belə ki, De Hara bir vaxtlar kokain və marixuana saxlamaqda təqsirli bilinib və buna görə həbs olunmaqla hədələnib. 2018-ci ildə De Hara marixuana biznesi ilə məşğul olan bir personaj haqqında ssenari hazırladıqdan sonra Riçi ona “qanqster filmlərinin vaxtı bitdi” deyərək layihənin reallaşmayacağını bildirib.

İki il sonra isə Riçi öz marixuana biznesini satmağa çalışan Mikki adlı qanqster rolunda Metyu Makkonaxinin baş rolda oynadığı “Centlmenlər” filmini çəkib. De Hara iddia edir ki, film onun ssenarisinin reproduksiyasıdır. Ekran əsəri De Harının personajlarını, onların xüsusiyyətlərini və unikal süjet elementlərini, o cümlədən baş personajı və narkoman uşağı olan aristokratı kopyalayır. De Hara vurğulayır ki, onun ssenarisində “Uşaqlar dəstəsi” adlı quldurlar qrupuna rəhbərlik edən Koç adlı personaj da var.

İndi ssenari müəllifi həmçinin filmin qazancının bir hissəsi də daxil olmaqla 250 min dollardan çox pul istəyir.

Mənbə: daily.afisha.ru

Share: