“Məndən tez-tez hansı Azərbaycan yeməyini xoşladığımı soruşurlar. Gözəl səhər yeməyi yanında qaymaq və bal ən çox sevdiyimdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld öz tviter hesabında yazıb.
Bu səhər iqlim dəyişmələri sahəsində Azərbaycanın iki mühüm eksperti ilə görüşdüyünü qeyd edən səfir, həmçinin səhər yeməyindən fotolar paylaşıb.