Sabirabad rayonunun Şəhriyar kəndində “Nissan” markalı minik avtomobili yol kənarında qaz xəttinə çırpılıb.
Fövqəladə Hallar Nazirliyindən “Müstəqil.Az“a verilən məlumata görə, nəticədə minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Müstəqil.Az