Qazaxıstanda 6,7 maqnitudalı zəlzələ olub.
xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.
Yeraltı təkanlar Almatı şəhərində 4 maqnituda da hiss edilib.
Bir çox şəhər sakini kifayət qədər güclü təkan hiss etdikdən sonra evlərini tərk edib.
Respublika Fövqəladə Hallar Nazirliyinin Milli Elmi Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzi 10-dan çox yeraltı təkan olduğunu bildirib.
Qazaxıstana eniş etməli olan 4 təyyarə zəlzələ səbəbindən Almatı hava limanına vaxtında enə bilməyib.
Almatıda binanın ikinci və üçüncü mərtəbələrindən tullanana səkkiz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.