Qazaxıstanda parlamentin aşağı palatası və yerli məclislərin deputatlarının növbədənkənar seçkilərində bütün ölkə üzrə səsvermə başa çatıb.
İlk “exit-poll” nəticələri xüsusi onlayn marafon zamanı gecə yarısından sonra elan ediləcək.
Ümumilikdə, respublikada 10 mindən çox seçki məntəqəsi prosesə cəb edilib.
Daha 77 məntəqə 62 ölkədə təşkil olunub. Ölkənin 15 rayonunda seçici fəallığı 54,09 faiz olub.
Mənbə: TASS
11:27
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ürək əməliyyatından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
O, bu gün Qazaxıstanda parlamentə və yerli nümayəndəlik orqanlarına seçkilərdə iştirak edərək səs verib.
10:18
Bu gün Qazaxıstanda parlamentə və yerli nümayəndəlik orqanlarına seçkilər başlayıb.
Seçki məntəqələrində yerli vaxtla saat 7:00-da başlayan səsvermə saat 20:00-da başa çatacaq.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də ölkədə keçirilən parlament seçkilərində səs verib.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Saat 20:00-dan sonra səslərin hesablanması proseduruna başlanacaq.