Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada ağır qəza olub.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hadisəyə səbəb kimi metan qazının partlaması göstərilir.
Nəticədə 11 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.
Çox sayda mədənçinin isə şaxtada qaldığı bildirilir. Hazırda hadisə yerində xilasedicilər işləyir.