Qazaxıstan 80 ilin ən güclü daşqınları ilə üzləşib.
-nın “24kz”yə istinadən xəbərinə görə, bu səbəbdən ölkənin 10 vilayətində fövqəladə vəziyyət elan edilib.
Prezident Kasım-Jomart Tokayev xalqa müraciətində bu hadisənin ölkə tarixinin ən böyük fəlakəti adlandırıb.
O bildirib ki, Kulsarı şəhərində 12 min sakin təhlükəsiz əraziyə köçürülüb.
K. Tokayevin sözlərinə görə, yaxın saatlarda zərər çəkən ərazilərə Fövqəladə Hallar Nazirliyinin əlavə canlı qüvvəsi ilə yanaşı xüsusi texnika da cəlb olunacaq.
O həmçinin, təbiət hadisənin nəticələrinin aradan qaldırılması məqsədilə lazımi məbləğdə vəsait ayrılacağını deyib.
Fərid Azəri