Qazaxıstanın Rusiyadan imtinası: Bakı liderdir!

Qazaxıstanın  Rusiyadan  imtinası: Bakı liderdir!

Qazaxıstan ixrac potensialını artırmaq üçün 10 gəmidən ibarət özünün bərə donanmasını, həmçinin Xəzər dənizində yeni liman qurmağı planlaşdırır.

Müstəqil.Az xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi yanında Nəqliyyat Komitəsinin sədri vəzifəsinin müvəqqəti icraçısı Qasım Tlepov deyib.

Onun sözlərinə görə, mövcud iqtisadi şəraitdə ölkə təcili olaraq tranzit imkanlarını artırmalı, həmçinin ticarət infrastrukturunu yaxşılaşdırmalıdır.

O qeyd edib ki, Nur-Sultanın cəmi dörd quru yük gəmisi var və Azərbaycan regionda yükdaşıma sahəsində liderdir:

“Qazaxıstan heç vaxt dəniz ölkəsi olmayıb və buna görə də dəniz nəqliyyatı imkanlarından tam istifadə etməyib. İndi başqa zamandır”, – Tlepov izah edib.

O, həmçinin əlavə edib ki, Aktauda yeni yük terminalı tikiləcək. Tikintidə beynəlxalq şirkətlər, xüsusilə konteyner operatorları “Maersk”, MSC və “COSCO Shipping” iştirak edəcək.

“Bu gün biz konteyner qıtlığını yaşayırıq”, – deyə Tlepov bildirib.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev artıq neft və qazın Rusiyadan yan keçməklə, Azərbaycandan keçməklə dünya bazarına çıxarılması barədə tapşırıq verib.

Share: