Qazaxıstanlı şair Azərbaycan Ordusunun qələbəsindən sevindiklərini dedi

Qazaxıstanlı şair Azərbaycan Ordusunun qələbəsindən sevindiklərini dedi

Azərbaycanın Ermənistan ordusunu darmadağın edib, öz torpaqlarını işğaldan azad etməsi Qazax xalqının da böyük sevincinə səbəb olub.

Müstəqil.Az bildirir ki, bu sözləri Qazaxıstanın tanınmış şairi, tele-jurnalist, Beynəlxalq Yazarlar Birliyinin,nvə Qazaxıstan Jurnalistlər birliyinin üzvü, dəfələrlə Beynəlxalq  ədəbi festivalların qalibi olmuş Tolkyın Kabılşa deyib. O,  Azərbaycan – Qazaxıstan ədəbi mühütü haqqında saytımıza açıqlama verərkən belə deyib.

Azırbaycan yazarlarının əsərləri Qazaxıstanda çox yaxşı qarşılanır. Son illər Türk dilli xalqların ədəbiyyat üzrə keçirilən festivallarda və digər tədbirlərdə təkcə tanış olmuruq, eləcə də  bədii yaradıcılıqlarımızın tərcümə edilərək, ayrı-ayrı dürk dilli dövlətlərin ədəbi dilinə uyğunlaşdıraraq dərc etdiririk. Bu baxımdan Azərbaycan ədəbi mühütü ilə yaxınlığımız xüsusi olaraq qeyd etmək olar.

Mən və dostlarım, eləcə də Qazax xalqı Azərbaycanda baş verən hadisələr heç vaxt biganə qalmamışıq. II Qarabağ savaşı zamanı da ürəyimiz və arzularımız, dualarımız sizinlə oldu. İnanıram ki, qazaxıstanlı yazarların da əsəsrlərində Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbə öz əksini tapacaq, deyə Tolkyın xanım iki xalqın dostluğunun əbədi olmasından bəhs edib. Bunu həır iki tərəfdən olan gənc, amma kifayət qədər tanınan yazarların ədəbi mühütdəki münasibətlərindən də görmək olar, deyib Tokın xanım.

Faiq Balabəyli

 

 

Share: