Qazaxıstanın Karaqanda şəhərində ermənilərlə qazaxlar arasında dava-dalaş ölümlə nəticələnib. Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, hadisə yanvarın 2-nə keçən gecə Karaqandadakı “Qədim Roma” restoranında baş verib.
Məlumata görə, 1 nəfərin öldüyü, daha 3 nəfərin isə müxtəlif dərəcədə yaralandığı olayı ermənilər törədiblər.
Hüquq-mühafizə orqanları Qazaxıstan Cinayət Məcəlləsinin 99-cu (qətl) və 293-cü (xuliqanlıq) maddələri ilə cinayət işi açıblar.
Hazırda istintaq aparılır. Artıq münaqişə iştirakçılarından 3 nəfər saxlanılıb, 1-i isə axtarılır.
Sosial şəbəkələrdə bu münaqişənin millətlərarası təməl üzərində qurulduğu qeyd edilir. Bildirilir ki, olay qazax və erməni milliyətindən olan iki qrup arasında baş verib.
Müstəqil.Az