Qazi dənizçinin qazi oğlu

Qazi dənizçinin qazi oğlu

44 günlük Vətən müharibəsi zamanı hər kəs özünü Azırbaycan ordusunun əsgəri kimi hiss etdi, desək yanılmarıq. Hər bir Azərbaycan vətəndaşı, Hər şey cəbhə üçün, devizinə, çağrışına əməl etdi.

Dənizçilərə Sosial Dəstək İctimai Birliyi  də IIQarabağ savaşı zamanı müntəzəm olaraq cəbhə bölgəsində oldu, döyüşçülərimizlə görüş keçirtdi, onlara mənəvi dəstək verdi,   sovqat apardı, məktəblilərin, təqaüdçülərin və ürəyi əsgərlərimizlə birgə döyünən vətəndaşlarımızın Azərbaycan əsgərinə ünvanlanan məktublarını çatdırıdı.

DSD İB və Müstəqil.Az saytı  dənizçi olan hərbiçilərimizin, eyni zamanda da dənizçi ailəsində böyüyən, düşmənlə üz-üzə çarpışan oğullarımızın qəhrəmanlıq dolu döyüş yoluna işıq salır, onlar haqda  mütəmadi olaraq yazılar hazırlayır.

Belə dənizçilərimizdən biri də  I Qarabağ müharibəsinin könüllü iştrakçısı olan Abbasov Sərvər İmran oğludur. Hal hazırda AXDG QSC (ASCO) DND idarəsinin  “Maestro Niyazi” quru yük gəmisində bosman vəzifəsində çalışan Sərvər Abbasovun oğlu Abbasov Sahil qalib Azərbaycan Ordusunda xidmətini davam etdirir. 29.09.2001 təvəllüdlü qəhrəman əsgərimiz Sahil Sabirabad rayonun Qaraağac kəndində anadan olub.  Qaraağac kənd orta məktəbin 2019 bitirib. Həqiqi hərbi xidmətə yollanıb. Bir ilin əsgəri  II  Qarabağ müharibəsinə də elə xidmət etditi hərbi hissədən yola düşüb. Hazırda cəbhədə düşmənlə üz-üzə xidmətini davam edir.

Müstəqil.Az

Share: