Qazinin maşınını yandırması ilə bağlı — Rəsmi açıqlama

Qazinin maşınını yandırması ilə bağlı — Rəsmi açıqlama

Sosial şəbəkələrdə Vətən müharibəsi qazisinin 30.10.1990-cı il təvəllüdlü Elnur Səmədov Eldar oğlunun etiraz əlaməti olaraq Qaradağ rayon İcra Hakimiyyətinin qarşısında şəxsi maşınını yandırması geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq Qaradağ RİH-dən açıqlama verilib.

Açıqlamada bildirilir:  “Qaradağ rayonu Ələt qəsəbəsində qeydiyyatda olan,1-ci qrup Vətən müharibəsinin əlili, 30.10.1990-cı il təvəllüdlü Səmədov Elnur Eldar oğlu Qaradağ Rayon İcra Hakimiyyətinin həyətində özünə məxsus “Khzar Azsamand” markalı 77-BE-990 dövlət nömrə nişanlı avtomobilini yandırıb.

 

Qazinin səhhəti ilə əlaqədar Türkiyədə müalicə almaq, yaxın qohumlarının mənzil-məişət və sosial şəraitinin yaxşılaşdırılmasını tələb edir.

 

Səmədov Elnur Eldar oğlu 44 günlük Vətən müharibəsində yaralanmışdır və 1-qrup əlillik təyin olunub. Əlillik təyin olunduqdan sonra Dövlət tərəfindən Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əliliyi təyin olunmuş şəxslər üçün nəzərdə tutulmuş bütün imtiyazlar verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 1-ci qrup Qarabağ əlilləri üçün təyin olunmuş müavinət və prezdent təaqüdü ödənilir.

O, 27.08.2021-ci il tarixində maşın, 12.11.2021-ci il tarixində iki otaqlı mənzillə təmin edilib. Yaşat fondu tərəfindən ölkənin müxtəlif klinika və xəstəxanalarında müalicələri həyata keçirilib. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılıb və müraciətlərinin həlli üçün müvafiq köməkliklər göstərilib”.


Share: