Rusiyanın “Qazprom” şirkəti Fransanın ən böyük təchizatçısı olan “Engie”yə qaz tədarükünü dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada deyilir. Buna şirkətin iyul ayı tədarükünü tam ödəmədiyi əsas gətirilib.
“Qazprom” vurğulayıb ki, avqustun 30-da iş gününün sonuna kimi “Engie”dən tələb olunan məbləğin hamısını almayıb. Sentyabrın 1-dən hesaba pul daxil olana qədər şirkət Fransaya qaz verməyəcək.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron açıqlamasında bildirmişdi ki, Rusiya qazdan müharibə silahı kimi istifadə edir və qazın nəqlinin dayandırılmasına hazır olmaq lazımdır.