>Döyüş bölgəsindən Rusiyaya aparılan altı uşaq Qətərin vasitəçiliyi ilə Ukraynaya qayıdıb.
Bu barədə Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Lulva əl-Xatər Britaniyanın “The Times” qəzetinə müsahibəsində bildirib.
“Bu kimi məqamlar, fikir ayrılıqlarından asılı olmayaraq, hər iki tərəf səbirlə və vicdanla hərəkət etməyə hazır olduqda, vasitəçiliyin müsbət nəticələr verə biləcəyini xatırladır”, – deyə əl-Xatər bildirib.