Qeybəti tərk etmək, 10 min rükət namazdan daha yaxşıdırHüccətil-İslam Pənahian qeybətin gətirdiyi ziyanlara işarə edərək demişdir: “İslam dini əsası olmadan bir günahı bu qədər məzəmmət etməz. Qeybət insanın əleyhinə olan bir ruhi döyüşdür.
İnsan özü olmur ki, özünü müdafiə edə bilsin. Bu günahı tərk etmək tərbiyə məktəbi kimidir.
Hədislərin birində nəql edilir ki, Qiyamət günü bəzi insanları gətirəcəklər. Onlar etiraz edərlər ki, biz belə bir nalayiq işi həyatda olan zaman görməmişik.
Bəzi insanları gətirərlər və onlar deyər ki, biz həyatda olan zaman belə yaxşı əməlləri görməmişik.
Onlara cavab verilər ki, bu, həyatda etdiyiniz qeybətə görədir. Çünki insan başqasının qeybətini edən zaman qeybət etdiyi insanın pis əməlləri onun əməl dəftərnə yazılar və qeybət edən insanın yaxşı əməlləri isə qeybət olunanın əməl dəftərinə qeyd edilər.
Qeybət etmək insana o qədər ziyan gətirir ki, onu tərk etmək 10 min rükət namaz qılmaqdan daha üstün və daha yaxşıdır. O kəslər ki, başqasının qeybətini edir, Allah yanında çox böyük günaha düçar olar.
Hədislərdə oxuyuruq ki, əgər bir məclisdə kiminsə qeybəti edilirsə, insan abırı gedən o bəndəni müdafiə etməzsə, Allah həm dünyada və həm də axirətdə onu zəlil edər.
Ayətullah Haqşenas da qeybət mövzusuna qarşı çox həssas idi. Belə ki, ömrünün son günlərində düzgün eşitmə qabiliyyəti yox idi. Ancaq o məclisdəki iki nəfər pıçıltı ilə qeybət edərdi, onu eşidərdi. Deyərdi: “Bu, nə söhbətdir edirsiniz?”.
Qeybət elə bir günahdır ki, cəzası Məsum İmamları (ə) təhqir etməklə bir tutulur. Həmçinin insanın arxasınca danışan həmin şəxs başqalarının yanında alçalar ki, bu da çox çirkin işdir.
İnsan ancaq o zaman qeybət edə bilər ki, həmin şəxs fasiq olsun. Yəni o kəs ki, cürətlə günah işlədər və həmçinin həyasız insanın qeybətini etmək olar. Yəni, o kəs ki, daima abırsızlıq edir”.
Müstəqil.Az