Qeyri-adi duyğuların qeyri-adi tərcümanı-Hicran Hüseynova

Qeyri-adi duyğuların qeyri-adi tərcümanı-Hicran Hüseynova
YADDAŞIMIN BAŞ KÖŞƏSİNDƏ ,XƏYAL SARAYIMIN TAXTINDA MƏKANI OLAN QIZ,NƏ YAXŞI Kİ DÖĞULMUSAN.SƏNİ ANAN MƏNİM ÜÇÜNMÜ DOĞURMUŞ
 
Qeyri-adi duyğuların qeyri-adi tərcümanı–Hicran Hüseynova.
…Bir hekayə oxudu mənə telefonda bir gün.Düzü,bəzi ifadələr xoşuma gəlsə də,söhbətin nədən getdiyini tam anlaya bilmədim.”Yenə oxu”-dedim,elə bildim,incidi.Amma tezcə də yadıma düşdü ki,axı o qeyri-adi insandır və belə adi real təpkilər ona yaddır.İkinci dəfə oxudu hekayəni.AnladımBəli,elə bu an da yadıma düşdü ki, məndə günah yoxdu,axı Hicran ilk oxunuşda görünən müəlliflərdən deyil.Onun çox yığcam(zarafatla yarım qranka dediyimiz) yazıları qat-qatdı,yəni o əsas mətləbi dairəvi səpələmir,dərində saxlayır,lay-lay yığır.Hər qatın öz funksiyası var,öz gözəlliyi,məna tutumu,təsir gücü var.Baxın,”Ulduz” jurnalına gələn bütün yazılara (bəzən ədəb-ərkanlı,bəzən də çox kələ-kötür yazılara sığal çəkən,tumar verən,Azərbaycan ədəbi dili normalarına uyğunlaşdıran Hicranın öz əsərlərinin birinci qatında şipşirin bir dillə rastlaşırsan.Sonra çox incə,zərif,nəfis bir sarkazm,daha sonrakı qatda həyatın acı həqiqətləri,hətta bəzən faciələri belə qarşına çıxır.Hicranın “zaman tuneli”nin dərin qatlarına enə bilməyənlər onun “Yaşıl eskizlər”inin,”Su lətafəti”nin,”Solo”sunun, “Qaçqınçılığ”ının üst qatında dolaşır,nə o incə sarkazmı,nə dramı,nə faciəni görürlər.Həmişə üzdə olmaq sevdası adamı təntikləşdirir,üzdən getməyə alışdırır.
Hicranla hər söhbətim bir ədəbi-məclis,bir dəyirmi masa,ciddi polemika olur.Onun insanı incidəcək böyük kədəri və bu kədərə cismindən ayrılmış ruh kimi kənardan baxa bilmək,baxıb təhlil və tənqid edə bilmək, hətta yumoristik tərzdə yanaşa bilmək bacarığı insanı valeh edir,heyrətləndirir.Bu onun daxilindəki hər bir ağırlığa rəğmən sınmayan qürurunun,vüqarının təzahürüdür.İnanmıram ,kimsə onu əsəbi halda görə,çünki içindəki sonsuz şəfqət duyğusu bütün mənfi təsirləri zərərsizləşdirir.
Xatirə Rəhimbəyli
Share: