Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək? – Rəsmi

Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək? – Rəsmi

“Noyabrın 16-sı gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib. Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün hündürlüyü dağlıq ərazilərdə 8 sm-ə çatıb”.

 

Bunu  Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

 

O qeyd edib ki, güclü şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti bəzi rayonlarda 24-28 metr, Bakıda və Abşeron yarımadasında isə arabir 30-35 metrədək güclənib. Güclü külək nəticəsində Neft daşlarında dalğanın hündürlüyü 4.4 metrə çatıb: “Güclü küləkli hava şəraiti bu gün də davam edəcək, arabir yağıntılı olacaq. Havanın temperaturu günorta saatlarında 7 dərəcəyədək isti olacaq. Bölgələrdə də yağıntılı, küləkli hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Noyabrın 17-si səhər saatlarından bölgələrdə də eləcə də paytaxta hava şəraitinin sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Share: