“QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı “ adlı təlimi…

“QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı “ adlı təlimi…

30 iyul-01 avqust 2022 ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Mingəçevir şəhərində təşkil edilən “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı “ adlı təlimi keçirildi.

Təlimin məqsədi qeyri-hökumət təşkilatlarının gələcək fəaliyyətlərinin təkmilləşdirilməsi layihələrinin beynəlxalq standartlara və beynəlxalq təşkillatların tələblərinə cavab verəcək səviyyədə hazırlanması istiqamətində peşəkarlıq səviyyəsinin artırılması üçün nəzərdə tutulmuşdu .
Təlimlər ADA Universitetinin Beynəlxalq və İctimai Münasibətlər İnstitutunun dekanı Anar Vəliyev, beynəlxalq ekspert Vüsal Behbudov tərəfindən aparıldı.
Üç gün ərzində keçirilən bu təlimlərdə iştirakçılara “Dataların yığılması və təhlili”, “Logframe – Məntiqi çərçivənin hazırlanması və dizaynı” “Qərar qəbul etmək üçün məlumatların toplanması və təhlili”, “Layihənin icra strategiyası hazırlanması” “Siyasətin təhlili və dövlət siyasəti- siyasi xülasələr və tədqiqatlar necə yazılmalıdır”?, “Layihə metodologiyasının müəyyən edilməsi” mövzularında təlimlər keçirildi . Təlimlərin yekunu olaraq iştirakçılara onlayn imtahan keçirildi. İmtahan prosesində iştirakçılar 3 gün ərzində təlimlərdən əldə etdikləri bilikləri sınaqdan keçiridilər İmtahan bitdikdən sonra online olaraq yekun cavablar iştirakçıların mobil telefonlarına göndərildi. Təlimin sonunda iştirakşılara sertifikatlar təqdim olundu.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən keçirilən bu təlim ilk dəfə olsa da təşkilatçılıq, məkan bütün incəliynə qədər zövqlə düşünülmüşdü . Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın iştirakçılara olan yanaşma tərzi, eləcə də göstərdikləri diqqət olduqca gözəl idi Agentliyin hər bir personalı , işçi heyəti ayrı- ayrılıqda qayğısını, əməklərini əsirgəmədilər. Qidalanma və asudə vaxtin təşkilinə isə söz ola bilməzdi .
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi ilə ilk dəfə keçirilən “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı “ adlı təlimi öz mükəmməl təşkilatçiliqi ilə yadda qaldi.


Fəridə Mirişova
İZ- Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri

Share: