“2025-ci ildə artıq Böyük Qayıdış olan rayonlarda qadınlarla, eləcə də qızlarla işlərin aparılması davam etdiriləcəkdir”. Bu haqda “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyiinin sədri İradə Polad saytımıza məlumat verib. İradə Polad artıq uzun illərdir çalışdığı “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyində fəaliyyətini davam etdirdiyini vurğulayıb: “Qadınlarımızın sosial durumunun yaxşılaşdırılması, işlə təmin olunması, bacarıqlarının aşkar olunması, məişət zorakılığından əziyyət çəkən qadınlarımıza, gənclərimizə seminarlar, təlimlər təşkil ediləcək. Gender bərabərliyi, insan alveri qurbanlarının inteqrasiyası, rentarasiyası işi həyata keçiriləcək. Qadın və uşaq sığınacaqlarının fəaliyyəti də davam etdiriləcək. Bütün bunarla yanaşı, beynəlxalq təşkilatlarla əlaqələr də genişləndiriləcək”.