Qırğız yazıçısı və tərcüməçisi Мусакун Сатыбалдиев haqda oğlu Arnas Musakunov yazır

Qırğız yazıçısı və tərcüməçisi Мусакун Сатыбалдиев haqda oğlu Arnas Musakunov yazır

Qışın son ayı gəlsə də, soyuqlar hələ bitməmişdi. Bunu pəncərənin şüşəsindəki donmuş buz naxışlarından bilmək olurdu. Gecə uzanır, sübh isə açılmırdı. Nədənsə, ürəyim istəsə də yata bilmirdim. Pəncərədən zəif işığa baxırdım və düşüncəmdə, elə bil sübh açılırdı. Amma mən yatmaq haqqında düşünmürdüm.

Payızın sonlarında qovaq ağacının yarpaqları küləyə tab gətirməyib qəfildən, yerə səpələnmiş və ayaqlar altında tapdalanıb itmişdi. Ayın üzünü çılpaq budaqların arasından apaydınca görürdüm. Yadıma, uşaqlıqda babamın: – “Ay bir vedrə qədər böyükdürsə, hava yağışlı olacaq” dediyi sözləri düşdü. Amma yeni ay başlayandan bəri qar yağırdı.
Bu insanın işi yox, yaradanın əmri idi. Yaradan istəsə, yağış yağdıra bilər, istəsə günəşi parılda bilər və istəsə mavi göyə susamaq əmri verə bilərdi. İsti sevgisini dünyaya yayan günəş işığı insanları nura qərq edir. Ümumiyyətlə, bu havanı, Moskvadakı bir uşağın düşüncəsi ilə müqayisə edə bilərəm. Uşaq da istədiyi zaman gülə bilər, istədiyi zaman ağlaya bilərdi.
… Bu tezliklə yata bilmirəm. Nədənsə, düşüncələrim, elə bil pərən-pərəndir. Adamın ağlına fikir gəldikdə birini düşünürsən və anidən o fikir quş kimi uçub gedir. İkincisi, üçüncüsü, belə demək mümkünsə, birini tutursan o biriləri uçub gedir… Və bəzən insan fikirləşməkdən belə imtina edir.
Bu gecə atamın uşaqlıq hekayəsi gözümün qabağında gəldi. Bunu özü danışmışdı. Mənə elə gəlir ki, bu dünən yalnız dünən olmuşdu. Elə bil altmışıncı ilin qışı geri qayıtdı və sanki çöldə güclü qar yağırdı.
Atam anadangəlmə şikəst idi və yeriyə bilmirdi.
O vaxt atamın doqquz yaşı varmış. Babam oğlunu o vaxtlar bir çox həkimə göstərsə də, bir nəticəsi olmamışdı. Ümidsiz qalan babam Allaha dua edərək oğlunun sağalmasını arzulayırdı.
Yay ayı idi. Bir gün babam Tokmok şəhərində böyük bir adamın olduğunu eşitdi və oğlunu həmin şəhərə aparmaq qərarına gəldi. Məqsədi şikəst oğlunu sağaltmaq idi.
Babam oğlunun paltarını geyindirib, onu kürəyində alaraq yola düşdü. O vaxt asfalt yollar, yüngül, rahat avtobuslar yox idi.
Gün doğmadan köhnə, sınıq-salxaq bir avtobusa oturub, əziyyətlə günortadan sonra gəlib şəhərə çatdılar. Belində şikəst uşağı olan bir kişi əlində həkimin ünvanı şəhərin küçələrində gəzib oğlunun xilaskarını axtarırdı. Yayın istisi adamı yorur və darıxdırırdı.
Yorğun halda olan babam azacıq dincəlmək üçün bir yer axtarırdı. Yaxınlıqdakı çoxmərtəbəli bir evin kənarənda qalın ağaclıqlar arxasında böyük bir dərə vardı. Kişi belindəki körpəsini alıb böyük bir ağacın altına qoyur və əlindəki heybəsini də uşağın yanına qoyaraq həkimi axtarmağa gedir.
Yay olduğuna görə hava çox isti idi. Bura isə çox gözəl bir yer idi. Hər tərəf yam-yaşıl idi. Ətradakı dərədən şırıltıyla su axırdı. Ağaclarda quşlar oxuyurdu. Bura ecazkat bir planet kimi görünürdü uşağa. Uşaq bu mənzərəyə valeh olmuşdu.
Elə bu vaxt uşaq qarşısında, özündən çox ağır bir buğda dəni aparan qarışqanı görür. Qarışqa inadkarlıqla götürdüyü buğda dənəsini daşıyırdı. Uşaq özünü qarışqaya bənzətdi və o da öz yükünü uzaqlara özü daşımaq istədi.
Bir müddət keçsə də, atası hələ gəlib çıxmamışdı
Birdən uşaq bir avtomobilin yüksək səsindən diksinib, qorxuya düşdü. O təlaş içərisindəydi. Tək-tənha qaldığı bu ağacların içində qorxudan ağlamağa başladı.
Atası isə onu tapmaqda çox çətinlik çəkirdi. Əslində, uşağı buraxdığı yeri itirmişdi. O, o tərəf bu tərəə qaçaraq oğlunu qoyduğu yeri axtarırdı. Ora-bura qaçmaqdan yorulmuşdu. Alnındakı tərini pencəyinin qolu ilə silərək yorulana qədər oğlunu axtarmaqda davam edirdi. Carəsiz vəziyyətdə idi, dərdini kimə deyəcəyini bilmirdi. Onun gözlərindən tökülən yaş üzünü isladırdı. Özünü günahlandırırdı. “Həqiqətən mənim körpəm itmişdirmi, mən onu tapa bilməyəcəyəmmi?” Allah mənə kömək etsin. Mən uşağımı itirsəm bu mənə çox böyük faciə olacaqdır. Əgər mən uşağımı tapa bilməyib evə dönərəmsə, insanlar mənə nə deyər? Yəni, Allah məni belə cəzalandırırmı? – deyə qoca, düşünürdü.
Yaşlı kişi bir anlıq dayandı, çırpınan ürəyini sakitləşdirməyə çalışdı. Bayaq gəldiyi qatar stansiyasından bəri gəzdiyi yolu tanıdı və eyni istiqamətə uşağı buraxdığı yerə qayıtdı.
Uşaq atasının ona tərə qaçdığını görəndə özünü saxlaya bilməyib ağladı.
Yaşlı kişi ağlayan oğlunu görəndə qaçaraq onu qucaqladı. Bir-birlərinə möhkəmcə sarıldılar və uzun müddət ağladılar.
Ətrafdakı ağaclar, havada qanad çalan quşlar və Tanrının özü, yalnız ata və oğulun qəlblərindəki sevgini görə və duya bilərdi.
Nəhayət, qocanın ürəyi toxtaqlıq tapdı və düşdüyü vəziyyətdən xilas olaraq, sanki çiyinlərindən ağır bir yük götürülmüş kimi rahat nəfəs aldı.
Daha əvvəl də qeyd edildiyi kimi, bu hekayəni atamdan eşitmişdim. O vaxt atam, o bağda ayaq üstə qalxa bilməyən və atasını gözləyən və ağlayan doqquz yaşlı bir uşaq idi…
Qırğız dilindən Meyxoş ABDULLAH çevirdi
Share: