Qırğızıstanda 40-dan çox uşaq naməlum maddədən zəhərləndi

Qırğızıstanda 40-dan çox uşaq naməlum maddədən zəhərləndi

Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən zəhərlənib, onlardan 18-i xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Respublika Səhiyyə Nazirliyindən məlumat verilib.

“Oş vilayətinin Kara-Suy rayonunda 43 uşaq tibbi yardım üçün müraciət edib”, – nazirliyin Mərkəzi Aparatının nümayəndəsi deyib.

Onun məlumatına görə, zərərçəkmişlərə ilkin diaqnoz qoyulub – zəhərlənmə.   

Zəhərlənmənin hansı səbəbdən baş verdiyi mütəxəssislər tərəfindən müəyyən olunur. Müvafiq analizlər aparılır.


Share: