Qırğızıstanın beşinci prezidenti Soronbay Jenbekovun andiçmə mərasimi keçirilib.
Müstəqil.Az xəbər verir ki, Jenbekovun andiçmə mərasimindən sonra rəsmən öz vəzifəsinin icrasına başladığını bildirib. Yeni prezidentin inauqurasiya mərasimi Ala-Arça dövlət iqamətgahında keçirilib. Mərasimdə 450 qonaq iştirak edib.
Qeyd edək ki, Jenbekov oktyabrın 15-də keçirilən seçkidə qalib gəlib. O, eks-prezident Almazbek Atambayevin yaxın adamlarından hesab edilir.
Müstəqil.Az