Qırmızı dənizdə üç rusiyalının olduğu gəzinti gəmisi yoxa çıxıb

Qırmızı dənizdə üç rusiyalının olduğu gəzinti gəmisi yoxa çıxıb

Müstəqil.Az “Report” -a istinad edərək xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Səudiyyə Ərəbistanındakı səfirliyinin konsulluq şöbəsinin rəhbərinin müşaviri Damir Saydyaşev məlumat verib.

Səfirlikdən verilən məlumata görə, 30 dəqiqə ərzində gəmi Port Səid – Süveyş – Hurqada – Ciddə – Cizan – Cibuti marşrutu üzrə hərəkət edib.

Aprelin 17-də onlar gəminin yanacaq doldurduğu Cizan limanını tərk ediblər. Həmin gün gəmi Rumein adasının ərazisində lövbər salıb və radarlardan itib.

Müstəqil.Az

Share: