Qızdırmalı düşüncələr: REMARKA:

Qızdırmalı düşüncələr: REMARKA:

Meymunda sabit temperatur 39 dərəcədir, adamda 36,5

Mənim temperaturum axşamdan indiyəcən mənə dəyişkən buludlu, arada maqnit qasırğası normadan yuxarı, cərəyan şiddəti qısaqapanma yaradan həddə, istilik enerjisi Coulla Amperi mübahisəyə çıxaran əhval yaşadıb.

Heç kim məni qədər təvazökar və səmimi olmaz! Ki… etiraf eləsin: nə deyibsə qızdırmalı halda deyib!

Deməli, belə:
Bu yaxınlarda tik-tokda gördüm ki bu həci o biri həciyə səs atıb ki, Tərlan peyğəmbərin şəklini at mənə. Əsas da bunu götürüb ki, 124 minin içində “neujeli” birinin adı Tərlan olmaz!?
Normal(bədən temperaturun)da adam gülər keçər, qızdırmalı olanda yoox, düşünər ki:
İngilislərin, Almanların, İspanların, Portuqalların, Yaponların, Çinlilərin… peyğəmbəri yoxdur, amma yəhudilərin, ərəblərin, bir də romalıların var: Tanrı ağıllı adamlara, söz başa düşənlərə niyə kuryer-mətbuat katibi göndərsin ki?
124 min peyğəmbər Tanrının Mətbuat Katibləridir ərəblər, yəhudilər və romalılar üçün! Söz onlara heç hardan girmədiyinə görə!
MK Musa 40 il səhrada gəzdirdi, fikirləşdi ki bəlkə bir deşik, ya yol açıla bunlara sözü çatdırmaq üçün!
Alınmadı! Həmin o…
Yəhudilər… dünyanı idarə edir!
Romalılar… İşığı çarmıxa çəkib, qabağında şam yandırırlar!
MK İsanı aradan çıxarmaqdan başqa yol qalmadı e!
Ərəblər… qırırlar bir-birlərini, söz heç hardan girmir – MK Məhəmmədlə bitdi və ləğv olundu Tanrının Mətbuat Xidməti!
Üçü də tam olmasa da, tam əksəriyyəti başdan qrıjalardır – yəhudi, romalı, ərəb peyğəmbərləri onlara deyir ki Tanrı belə dedi, Üçünün də milləti ayrı addım atır!
İngilis, İspan, Alman, Portuqal, Çinli, Yapon isə demir Tanrı elə dedi, peyğəmbərimiz belə buyurdu… hər addımda “ooohh, my Qood” nidasına nail olur nailiyyətləriylə – təfərrüata varmıram!
Dərd bu deyil! Dərd…
anlamamaqdır ki… biz çox xoşbəxt insanlarıq, ölkəmizin və sağlamlığımızın qədrini bilmirik: Azərbaycan özəl-spesifik və kütləvi xəstəliklər ölkəsi deyil… Afrikadakı, Aralıq dənizindəki, Sibirdəki kimi.
Yazdıqlarıma fikir verməyin, əhvalınızı açım:
Bir general sağlıq deyir, hamı da züy tutur:
Birinci sağlıq – içək sağlamlığımızın sağlığına!
İkinci sağlıq: içək sağlamlığımızın sağlığına!
Üçüncü sağlıq: içək sağlamlığımızın sağlığına!
Dördüncü də… axır biri qayıdır ki, bəlkə şansın-uğurun sağlığına içək?
Cənab General:
Hə-ə, uğur-şans çox qiymətlidir. Bir dəfə ezamiyyətdən qayıdanda SV-kupedə mənimlə çox gözəl bir xanım yol gəlirdi, hər şey əla idi, amma sağlamlığım imkan vermədi! İçək sağlamlığımızın sağlığına!
Deyə bildim?
Share: