Qızılcanın yoluxuculuq indeksi 95 faizdir, ən effektiv qorunma yolu isə peyvənddir

Qızılcanın yoluxuculuq indeksi 95 faizdir, ən effektiv qorunma yolu isə peyvənddir

Qızılcanın yoluxuculuq indeksi 95 faizdir, ən effektiv qorunma yolu isə peyvənddir

“Son zamanlar qızılca infeksiyası ilə tez-tez rastlaşırıq. Bu, yüksək yoluxu infeksiyadır. Kəskin respirator infeksiyalara oxşar başlayır.

xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova bildirib.

Onun sözlərinə görə, xəstəliyin kliniki gedişatında 3 dövr var – birinci, kataral, ikinci, səpkilər üçüncü piqmentyasiya dövrü:

“Kataral dövr adətən 4-5 gün davam edir. Boğaz ağrısı, öskürək, halsızlıq, üşümə-titrəmə olur. Sonra səpki dövrünə keçir, üz və boyundan səpkilər başlayır, bədənə, sonra qollara və ayaqlara yayılır, ayaqlara keçir. Bu zaman 39-41 dərəcə qızdırma olur. Bu da 4-5 gün davam edir. Sonra piqmentasiya dövründə qırmızı rəngli səpkilər qəhvəyi rəngə çevrilir və qabıqlanıb yoxa çıxır. Piqmentasiya dövrü yoluxu hesab olunmur. Qızılcanın yoluxuculuq indeksi 95 faizdir. Ən effektiv qorunma yolu peyvənddir. 2014-cü ildən Səhiyyə Nazirliyi tərəfindən qızılcaya qarşı peyvəndlər gətirilir. Bütün peyvəndlər ÜST tərəfindən təsdiqlənmiş effektivlik və təhlükəsizliyə cavab verir”.

Həkim eyni zamanda deyib ki, kəskin respirator xəstəliklərin 30-50 faizini renaviruslar təşkil edir.

Onun sözlərinə görə, tez-tez asqırma, boğaz ağrıları, gözlərin sulanması, ümumi halsızlıqla müşayiət olunur. Xəstəlik 10, bəzən 14 gün davam edir:

“Kəskin respirator xəstəliklər daha çox payız və qış aylarında görünür. Əsas səbəb odur ki, isti havalarda Günəş şüaları bu virusa öldürücü təsir edir, hava soyuyanda isə yayılır. Soyuq havalarda insanlar qapalı məkanlarda daha çox bir araya gəlirlər, eyni zamanda soyuqda immun sistemi də zəifləyir. Bütün bunlar da kəskin respirator infeksiyaların bu aylarda daha çox rast gəlinməsinə səbəb olur”.

Həkim deyib ki, kəskin respirator xəstəliklərin 25 faizini isə qrip təşkil edir:

“Adətən bu infeksiya 1 həftə davam edir. Uzun müddət davam edəndə həkimə müracuiət etmək lazımdır. Çünki uzun davam edəndə infeksiya xəstəliyinə bacterial xəstəlik də əlavə olunur”.

Share: