Qızları bir başqa sevir atalar, Qızlar da atanı bir başqa sevir

Şəkil ata

 

Ölümündən 2 gün sonra 8 il gözlədiyi

qızı dünyaya gələn şəhid gizir Yaşar Babayevə

 

Dodaqlar çatladı, ürəklər yandı,

Göynədi belə şad xəbəri alan.

Həsrətin,

həvəsin bir addımında

Gəldi həsrətlərə köz oldu balan.

 

O sənin üzündə nə ayrı baxış,

Nə də geyimini yeni görəcək,

Nağıllar quracaq şəkillərinə,

Sonra yuxularda səni görəcək.

 

Sığınıb deyəcək, ay şəkil ata,

Nə olar, röyanı gerçəyə çevir.

Qızları bir başqa sevir atalar,

Qızlar da atanı bir başqa sevir.

 

Kaş səni səkkiz il gözlətməyəydim,

Səkkiz xatirəmiz olaydı barı.

Göydən, bayrağımdan baxırsan mənə,

Mənim şəkil atam, könlüm qubarı.

 

 

 

 

 

Share: