Qlobal borc rekord həddə çatdı

Qlobal borc rekord həddə çatdı

Bütün ölkələrin ümumi borcunun səviyyəsi tarixin ən yüksək həddinə – 307 trilyon dollara çatıb.

Bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) çərşənbə axşamı dərc etdiyi hesabatda deyilir.

“Qlobal borc 2023-cü ilin birinci yarısında 10 trilyon dollar artıb. Hazırda o, rekord həddə – 307 trilyon dollara çatır ki, bu da on il əvvəllə müqayisədə 100 trilyon dollar çoxdur”, – deyə sənəddə bildirilir.

Mənbə: TASS

Share: