Qobustan rayonu, Bakı-Şamaxı yolunun 88 km-də yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin (HN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qobustan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ-2107″ markalı minik avtomobili ilə “KİA-Ceed” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “VAZ-2107” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1974-cü il təvəllüdlü Baxışov Kamil Ceyfun oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.