Qohum adına kredit götürərək mənimsədi – Beynəlxalq bank işi

Azərbaycan Beynəlxalq Bankı ASC-nin Şamaxı filialının müdir müavini, bankın əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova və Hacıalı Cavadovun məhkəmə prosesi keçirilib.

 

Müstəqil.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə zərəçəkmiş Sərdar Həsənov ifadə verib.

 

Zərərçəkmişin sözlərinə görə, təqsirləndirilən Əlisultan Məmmədov qohumudur, onun adına əvvəlcə 3 min manat, daha sonra isə 10 min manat məbləğində kredit götürüb.

 

Sərdar Həsənov bildirib ki, krediti götürmək üçün bankda bütün sənədlərə imza edib, pulu kassadan götürərək Əlisultan Məmmədova verib: “Həmin puldan heç bir məbləğ mənə çatmayıb. Bir müddət sonra aylıq əmək haqqımdan kreditin pulu tutulmağa başadı. Əvvəl 170 manat tutulurdu, həmin pulu Əlisultan mənə qaytarırdı. Amma bir müddət sonra vermədi. Mənim maaşımdan da 400-500 manat yutulmağa başlanıldı. Bu zaman öyrəndim ki, adıma 10 manat kredit var. Mən də dedim ki, pulu bağla. Əvvəl dedi ödəyəcəm, sonra ödəməyəcəyini dedi”.

 

Digər zərərçəkmiş Məhəmməd Həsənov da məhkəmədə ifadə verib. O da təqsirləndirilən şəxslə qohum olduğunu söyləyib. Zərərçəkmiş bildirib ki, Əlisultan onun adına kredit götürüb: “Bankdan kredit götürmək istəyirdim. Özüm usta işləyirdim. Biz işimizlə bağlı avadanlıqlar almaq istəyirdim. Banka gedəndə sənədlərimə baxdılar. Dedilər ki, adına 15 min olduğu üçün sənə kredit verə bilmərik. Mən də Əlisultana zəng elədim. Dedi ki, anlaşılmazlıq olub”.

 

Əlisultan Məmmədov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə ittiham edilir. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Müstəqil.Az


Share: