Qohumunun evinə getdi,əncir ağacının altında azyaşlı oğlu ilə zorla əlaqəyə girdi…Sabirabadda zorakılıq hadisəsi…

Sabirabad rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü Seymur Canalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Müstəqil.az xəbər verir ki, Seymur Canalıyev Sabirabad rayonunun Şəhriyar kəndinin sakini olub. Həbs olunan zaman həmin kəndin orta məktəbinin 11-ci sinfində oxuyub.

Qohumunun evinə gəldi, azyaşlını gördü

İttihama görə, Seymur Canalıyev 11 sentyabr 2017-ci ildə, saat 15-də Sabirabad rayonunun Şəhriyar kəndində yaşayan qohumu və həmkəndlisi Rüstəm Həmidovun (Cinayət işində adı keçən zərərçəkmişin, onun qohumlarının ad və soyadları şərti verilib – red.) yaşadığı evə gəlib.

Həmin vaxt Seymur Canalıyev Rüstəm Həmidovun nəvəsi, 2011-ci il təvəllüdlü Sahib Həmidovu orada görüb. Bu zaman o, Sadiqə Həmidovanın xahişinə əsasən Sahibi yaxınlıqda olan evlərinə aparıb.

Cinsi əlaqədə olmaq istəyini dedi

Seymur Canalıyev kənddaxili yolda Sahib Həmidovun azyaşlı və sadəlövh olmasından istifadə edərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyib. O, bu istəyini azyaşlıya çatdırıb.

Daha sonra Seymur Canalıyev azyaşlı Sahib Həmidovu həmkəndliləri – Samir Babayevə (ad və soyad şərti verilib – red.) məxsus Sabirabad rayonunun Şəhriyar kəndindəki yaşayış olmayan evin həyət bağçasındakı əncir ağacının altına aparıb.

Əncir ağacının altında intim əlaqə

Orada Seymur Canalıyev Sahib Həmidovdan əynindəki şortikini soyunmasını tələb edib. Sonuncu ona qarşı olan seksual hərəkətin mahiyyətini dərk etməyərək onun tələblərini yerinə yetirib.

Bundan sonra Seymur Canalıyev azyaşlı Sahib Həmidovla qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin vaxt azyaşlı ona müqavimət göstərib.

Bu səbəbdən o, Sahib Həmidova zorakılıq hərəkətləri edərək, müqavimət göstərməsinin qarşısını alıb. O, zorla Sahib Həmidovla cinsi əlaqədə olub. Həmin zaman Seymur Canalıyev Sahib Həmidova sağlamlığa az ağır zərərvurma xəsarətləri də yetirib.

Həbs və cəza

Azyaşlının valideynlərinin polisə şikayət etməsindən sonra Seymur Canalıyev həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur Canalıyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 12 sentyabr 2017-ci ildən hesablanması qərara alınıb.

Hökmdən narazı qalan Seymur Canalıyevin qanuni nümayəndəsi – atası apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, məhkəmənin oğlu ilə bağlı çıxardığı hökm çox sərtdir.

Ata oğluna verilən cəzadan narazılıq etdi

Oğlun yetkinlik yaşın çatmadığını göstərən nümayəndə bildirib ki, onun törətdiyi bu cinayət həyatında ilk dəfədir ki, törədir: “Bundan əlavə, oğlum heç bir cinayət əməli törətməyib. Məhkəmə iclasında oğlum təqsirini etiraf etməklə, əməlindən peşmançılıq keçirməsini, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin onu bağışlamasını, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslə yaxın qohum olmasını, ilk məhkumluğunu nəzərə alınmasını xahiş edib. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi məhkəməyə müraciət edərək, barışdıqlarını, oğluma qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirib, ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş ediblər”.

Nümayəndə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, Seymur Canalıyevə həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

Nümayəndənin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Seymur Canalıyevin atasının verdiyi apelyasiya şikayəti təmin olunmayıb.

Share: