Qonaq getmişdi, göldə boğulub öldü

Şəkidə göldə çimən yeniyetmə boğularaq ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Şəkinin Aydınbulaq kəndində baş verib.

Şəki şəhər sakini, 2005-ci il təvəllüdlü Əzizov Mehdi Mehman oğlu qonaq getdiyi Aydınbulaq kəndində “Keşiş Gölü” kimi tanınan göldə qohumları ilə çimərkən boğularaq ölüb. 

Yeniyetmənin meyiti göldən çıxarılaraq aidiyyətı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov


Share: