Niderland polisi Haaqada icazəsiz etiraz aksiyası keçirən isveçli iqlim dəyişikliyi fəalı Qreta Tunberqi saxlayıb.
xəbər verir ki, bu barədə “NOS” telekanalı məlumat yayıb.
Bildirilib ki, “Extinction Rebellion” təşkilatından olan nümayişçilər Hollandiyanın siyasi paytaxtını Amsterdam, Rotterdam və Utrext də daxil olmaqla digər böyük şəhərlərlə birləşdirən A12 magistral yolunu bağlamaq niyyətində olub.
Polis yüzlərlə fəalı A12 magistral yoluna çıxmaq istəyərkən saxlayıb.
Nümayişçilər yolları bağlamağa, polis isə onları saxlamağa başlayıb.
Qreta Tunberq də onların arasında olub.