Quba rayonunda “Sahibkarların ixrac fəaliyyətinin təşviqi” layihəsi icra edilib

Quba rayonunda “Sahibkarların ixrac fəaliyyətinin təşviqi” layihəsi icra edilib

28 iyun 2024-cü il tarixində “Marketinq Fəaliyyətinin İnkişafına Dəstək” İctimai Birliyi, Quba rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sahibkarların ixrac fəaliyyətinin təşviqi” layihəsini icra etmişdir.

20 nəfər mikro, kiçik və orta sahibkarın cəlb olunduğu məlumatlandırma təlimində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi-İxracın təşviqi departamentinin ixrac bazarları ilə iş şöbəsinin aparıcı mütəxəssisi Əli Babayev və Rüstəm Oruclu, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzininwww.azexport.az portalının rəhbəri Ayxan Qədəşov iştirak edirdi.

Layihə rəhbəri Sənan Yəhya sahibkarları salamlayaraq  layihənin məqsədi haqqında qısa məlumat verdi. O, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artırılmasıda kənd təsərrüfatının rolu, Quba rayonunda sürətlə inkişaf edən meyvəçilik sektorunun ixraca potensialının formalaşdırılmasına təsirləri və ixrac təşviqini həyata keçirən dövlət təşkilatları haqqında geniş məlumat verdi.

Sonra Sənan Yəhya sözü İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin azexport.az portalının rəhbəri Ayxan Qədəşova verdi. Ayxan Qədəşovİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində sahibkarlara göstərilən xidmətləri  “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Vahid İxrac Ərizəsi, Sərbəst Satış Sertifikatının alınması haqqında geniş məlumat verdi azexport.az portalı və “Amazon”, “Ebay” “Alibaba” kimi beynəlxalq elektron ticarət platformalarında məhsul yerləşdirmə imkanları, “Payoneer” beynəlxalq ödəniş sistemindən istifadəyə dair zəruri məlumatları, praktik nümunələri sahibkarların diqqətinə çatdırdı. Bundan əlavə, qeyd etdi ki, rəqəmsal satış, xüsusilə gənclərin biznes fəaliyyətinə başlamasında unikal imkanlar yaradır və sahibkarları İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin azexport.az portalı ilə əməkdaşlıq etməyə dəvət etdi.

İctimai müzakirə zamanı Ayxan Qədəşov bal istehsalçılarının xarici bazarlara çıxış haqqında suallarını cavablandırdı.

Sonra söz İxracın və İnvestisiyaların Təşviqi Agentliyi-İxracın təşviqi departamentinin ixrac bazarları ilə iş şöbəsinin aparıcı mütəxəssisi Əli Babayevə verildi.

Əli Babayev qeyd etdi ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 2003-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə təsis edildiyini və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi olaraq təsdiqlənmişdir. İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin əsas məqsədi xarici investisiyaları Azərbaycan iqtisadiyyatına cəlb olunması, xarici bazar araşdırmaları, xarici sərgilərdə iştirak, “Made in Azerbaijan” brendi, sertifikatların alınması üçün müraciət qaydalar haqqında təqdimatla çıxış etdi. Həmçinin Azərbaycan Respublikasında və ya digər xarici ölkələrdə fəaliyyət göstərən ticarət evləri haqqında  məlumat verdi.

Təqdimatdan sonra həyata keçirilən ictimai müzakirələrdə kiçik həcmli kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlara kooperativlər yaratmağı tövsiyə etdi. 

Təlimin sonunda Sənan Yəhya sahibkarları tədbirdə iştiraka görə təşəkkür etdi və gələcəkdə ixrac fəaliyyətində marağı olan sahibkarlara informasiya dəstəyi verəcəklərinə və digər dövlət təşkilatları ilə əlaqələndirmələrin həyata keçirəcəklərini bəyan etdi.

Share: