Bu gün səhər saatlarından başlayaraq Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilir.
-nın Şimal bürosu xəbər verir ki, 31 mart azərbaycanlıların soyqırımının 106-cı ildönümü ilə əlaqədar yüzlərlə soydaşımız kütləvi məzarlığa axın edir.
Ziyarətçilər sırasında hökumət nümayəndələri, idarə, müəssisələrin kollektivləri, respublikamızın müxtəlif bölgələrindən olan məktəblilər, ictimaiyyət nümayəndələri var. Ziyarətçilər 1918-ci ildə ermənilər tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərin xatirəsinə ucaldılan abidəni ziyarət edir, tarixi faktlarla tanış olurlar. Quba Soyqırımı Memorial Kompleksində bələdçilər tərəfindən ziyarətçilərə ətraflı məlumatlar verilir.
Kompleks fəaliyyətə başladığı 2013-cü ildən bu günə qədər ümumilikdə, 1 milyondan çox ziyarətçi qəbul edib. Onların 200 min nəfərdən çoxunu əcnəbi qonaqlar təşkil edib.