Quba soyqrım abidəsi

Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaxınlığında qanunsuz qazıntı işlərı dayandırılıb, ərazi öz əvvəlki vəziyyətinə gətirilib.

Bu barədə “Qafqazinfo”ya  Quba Rayon İcra Hakimiyətindən daxil olan məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, Quba şəhərində “Soyqırımı memorial kompleksi” nin yaxınlığındakı ərazidə ayrı-ayrı şəxslər tərəfindən aparılan qanunsuz və özbaşına tikinti və qazıntı işləri ilə bağlı məsələyə Quba Rayon İcra Hakimiyyəti, Quba rayon Polis Şöbəsi və rayonun digər aidiyyəti qurumları tərəfindən dərhal operativ reaksiya verilmiş, qanunsuz tikinti işlərinin qarşısı alınmış, ərazidə aparılan qazıntı işləri dayandırılmış və ərazi öz əvvəlki vəziyyətinə gətirilib.

“Qeyd etmək lazımdır ki, “Spartak Peşəkar Futbol Klubu” MMC tərəfindən hazırda Quba şəhərində “Soyqırımı memorial kompleksi” nin yaxınlığındakı ərazi 1988-ci ildə icarəyə götürülmüş, sonradan isə istifadə olunmayan həmin ərazi ayrı-ayrı  şəxslər tərəfindən zəbt olunmuş, burada qanunsuz tikinti və qazıntı işlərinə başlanmışdır.

Hazırda ərazidəki vəziyyət Quba Rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılır”, – deyə məlumatda bildirilib.

Həmçinin vurğulanıb ki, məsələ ilə əlaqədar müvafiq sənədlər toplanaraq Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət edilib. 


Share: