Qubad İbadoğlunun həyat yoldaşı saxlanılmayıb

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb. Sosial şəbəkələrdə Q. İbadoğlu ilə birgə həyat yoldaşının da saxlanıldığı bildirilir. 

Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, Q.İbadoğlunun həyat yoldaşı saxlanılmayıb, iddialar əsassızdır.


Share: