Klubun yaradılmasında əsas məqsəd 7-9-cu sinif şagirdlərinin qrafik dizayn bacarıqlarının inkişaf etdirilməsinə təkan verməkdir.
İlk təlim günündə çıxış edən layihə rəhbəri Musa İsmayılov layihəyə dəstək verdiyinə görə elm və təhsil nazirliyinə təşəkkürünü bildirib. O, qrafik dizayner ixtisasının günün tələbləri sırasında olduğunu şagirdlərin nəzərinə çatdırıb və bildirb ki, burda təkcə proqramı bilmək deyil, eyni zamanda yaradıcı təxəyyülüln də inkişafı vacib şərtlərdəndir.
Digər çıxış edən Qımılqışlaq kənd tam orta məktəbinin direktoru Zəminə Mirzəyeva belə əhəmiyyətli layihənini məhz bir kənd məktəbinin şagirdləri üçün nəzərdə tutduğuna görə layihə rəhbərinə minnətdarlığını bildirib və layihənini işinə uöurlar arzulayıb.
İlk təlim günündə mütəxəssis Rövşən Zamanovun təlimçiliyi ilə 2 qrupa bölünən ümumilikdə 45 nəfər şagirdlə təlimlərə start verilib. İlk gündə hər iki qrupa layihə barədə məlumat verilib, Sketchup proqramının özəllikləri, kompütürə yüklənmə qaydaları və menyu barədə məlumatlar verilib.
Qeyd edək ki, layihə çərçivəsində təlimlərdən sonra iştirakçı şagrdlər arasında modelləşdirmə üzrə müsabiqə təşkil olunacaqdır.