Qubernatora kömək etmək üçün gələn qadınlar… – FOTO+VİDEO

Yaponiyada çıxışı zamanı halı pisləşərək yerə yıxılan qubernatora kömək etmək üçün rinqə girən qadınların bayıra çıxarılması Yaponların tarixi ənənəsini müzakirəyə çıxarıb.
Moderator.az xəbər verir ki, Yaponiyanın Maizuru şəhərində “sumo” güləşi rinqində halı pisləşən qubernatora ilk yardım etmək üçün gələn qadınlar hakim tərəfindən bayıra çıxarılıb.
Yapon mediasında çıxan bəzi məlumatlara görə bir neçə tamaşaçı qadınların tərk etdiyi rinqə duz atıldığını iddia edib. Bəzi sosial media istifadəçiləri isə qadınların rinqi çirkləndirdiyi düşüncəsi ilə  duz atıldığını söyləyərək rəsmiləri tənqid edib.
Qeyd edək ki, Sumo rinqi Yaponlar üçün müqəddəs bir sahə hesab edilir və ölkədə qadınların bu rinqə girmələri ənənəvi olaraq qadağan edilir.
Müstəqil.Az

Share: