Qudauri faciəsində həlak olanların ailələrinə 100 min lari veriləcək

Qudauri faciəsində həlak olanların ailələrinə 100 min lari veriləcək

Gürcüstanın Qudauri bölgəsində dağlıq ərazidə həlak olan xilasedicilərin ailələri hökumət tərəfindən 100 min lari (təxminən 59 500 manat) alacaq.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib:

“Bu faciə ürəyimizi parçaladı. Dövlət imkan daxilində onların ailələrinə dəstək olacaq. Daxili İşlər Nazirliyi hər ailəyə 100 min lari, Səhiyyə Nazirliyi də istisna olaraq həkimlərin ailələrinə 100 min lari pul ayıracaq”.

Hökumət başçısının sözlərinə görə, o, şəxsən həlak olanları yaxşı tanıyıb və onlarla birlikdə səyahət edib.

“Ölkəmiz layiqli övladlarını – ekipaj üzvlərini və xilasediciləri, eləcə də görkəmli pilotları itirdi. Bu insanları çox yaxşı tanıyırdım. Biz uzun illər birlikdə səyahət etmişik. Bir daha onların ailələrinə başsağlığı verirəm”, – Baş nazir bildirib.

Qeyd edək ki, iyulun 29-da Gürcüstanın Qudauri bölgəsində dərəyə düşən paraplançıların axtarışı üçün uçan Daxili İşlər Nazirliyinin sərhəd polisinin helikopteri qayaya çırpılaraq partlayıb. Helikopterin göyərtəsində olan ekipaj üzvlərinin hamısı, eləcə də paraplanda uçan xarici turist həlak olub. Baş vermiş qəza ilə əlaqədar olaraq iyulun 30-u Gürcüstanda matəm günü elan edilmişdi. 


Share: