Yanvarın 30-da BAXCP sədri, Azərbaycan Respublikasının prezidentliyinə qeydə alınmış namizəd Qüdrət Həsənquliyevin vəkili və müavini Əli Həziquliyev, BAXCP sədrinin təşkilat məsələləri üzrə müavini Niyaməddin Orduxanlı Ucar rayonunda seçicilərlə görüşüblər.
xəbər verir ki, görüşdə Qüdrət Həsənquliyevin tərcümeyi-halı, keçdiyi yol, siyasi baxışları və seçki platforması ilə bağlı seçicilərə ətraflı məlumat verilib.
BAXCP-nin qeydə alınmış prezidentliyə namizədinə etimad göstəriləcəyi təqdirdə həyata keçiriləcək islahatlardan danışılıb.