Qulağım “birlik sədri” sözünə alışmayıb… (MÜSAHİBƏ)

Bu gün dənizçilərin peşə bayramıdır. Bu münasibətlə ADXG QSC XDND idarəsinin gəmi kapitanı, Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin sədri, şair, Prezident təqaüdçüsü Faiq Balabəyli ilə müsahibəni təqdim edirik.
– Dənizçilərin peşə bayramıdır, bu gün münasibəti ilə sizi təbrik edirik.
– Çox sağ olun. Mən də sizin saytın yaratdığı fürsətdən yararlanıb, bütün dənizçilərimizi təbrik edirəm. Dəniz işi, dənizçilik şərəfli bir peşədir və bu şərəfli peşənin sahiblərinə ən xoş arzularımı yetirirəm.
– Deyəsən ailənizdə dənizçi tək siz deyilsiz.
– Tək olmadığm, düzdür. Amma ilk dənizçi mənəm. Oğlum Tural Balabəyli də dənizçidir. O, Əvvəlcə Təfəkkür Universitetinin Ümumi İqtisadiyyat və Maliyyə Kredit fakultəsini, sonralar Bakı Slavyan Universitetininn Yaradıcılıq fakutəsini bitirdi. Müxtəlif yerlərə işlədi. O, həm də yaradıcı adamdır, Jurnalistika ilə məşğul oldu, iki şeir kitabının müəllifidir, sözlərinə onlarla mahnı bəstələnib. Hazırda Azərbaycan Dövlət Dənizçilik Akademiyasında (ADDA) 3-cü ali təhsilini başa vurmaq üzrədir. Gəmidə matros vəzifəsində çalışır.
Share: