Bəziləri üçün qulaq çöpü əvəzolunmazdır. Ən kiçik bir çirk, ən kiçik bir tıxanıqlıq səbəbi ilə çox insan düşünmədən dərhal iki tərəfi kiçik pambıqla sarılmış çöplə qulaqlarını təmizləyirlər. Məqsədləri, qulaqlarına narahatlıq verən o kirdən xilas olmaqdır. Ancaq qulaq çöpünün potensial təhlükələrindən əksəriyyətin xəbəri yoxdur və xeyir gətirmək əvəzinə zərər verə biləcəyini bilmirlər.
Mütəxəssislər əslində qulaq seyvanındakı qıvrım yerlərin təmizlənməsi məqsədilə istehsal olunan qulaq çöplərinin, qulaq kanallarının içini təmizləmək məqsədilə düşüncəsiz şəkildə dərinliklərə salınaraq, təmizlənməsi vəziyyətində göbələkdən qulaq pərdəsində deşilməyə, infeksiyadan kar olmağa qədər bir çox xəstəliyə yol aça biləcəyini bildirərək, xəbərdarlıq edirlər.
Xarici qulaq yolunda kəsik və ya zədələnmə baş verə bilər, xüsusilə yay aylarında hovuz, dəniz və duş əsnasında, su ilə təmas artan dövrlərdə. Qulağını qulaq çubuğu ilə tmizləyən insanlar, xarici qulaq yolunda gözlə görünməyən bəzi kəsiklərə, zədələnmələrə yol aça bilərlər. Bu zədələnmələr və çatlaqlardan bakteriyalar asanlıqla daxil olaraq, xarici qulaq yolunda infeksiyaya səbəb ola bilər. Qulaq çöpləri vəziyyətilə çox asan infeksiyanı yaya bilir. Bu səbəblə şüurlu hərəkət etmək, qulaq çöplərini qulaqların dərinliklərinə qədər salmamaq lazımdır.
Kirlər daha da dibə çəkilir. Əslində xarici qulaq yolu qəhvəyi bir madd ifraz edir. Xarici qulaq yolunu infeksiyalardan qoruyan bu ifrazat xarici qulaq yolu tərəfindən çölə atılır, amma biz onu gündəlik həyatımızda görmürük.
Çölə atılmasında problem olan vaxt isə bu, içəridə yığıla bilər. Məhz o maddəni qulaq çöpü ilə təmizləyirik deməklə, əksinə o yığılmış ifrazatı daha da içəri salıb içəridə yığılmasına və xarici qulaq yolu kanalını bağlanmasına səbəb oluruq.
Eşitmə zəifliyinə səbəb ola bilərik. Qulağımız təbii quruluşu öz özünü təmizləmə xüsusiyyətinə malikdir. Üstəlik, qulaq çirki güman edilənin əksinə, qulağımız üçün faydalıdır. Amma qulaq çöpü ilə bu faydalı kirlərə müdaxilə edərək, öz özümüzə pislik edirik. Çünki düşüncəsiz istifadə qulaq tıxanıqlığına, hətta eşitmə zəifliyi və kar olmaqla da nəticələnə bilər.
Qulaq pərdəsində deşilmə baş verə bilər. Qulaq pərdəsi təxminən 2.5-3 santimetr ölçüsündədir. Bu səbəblə xüsusilə hovuz, dəniz və duşdan sonra qulağın rütubətini götürmək kifayət edir. Qulaq çöpləri göbələyə də səbəb ola bilər.
Axundova Lalə | LOR (qulaq-burun-boğaz)