İstanbul polisi qanuni oğlu Nadir Səlifova (Lotu Quli) qarşı sui-qəsdin qarşısını alıb.
Müstəqil.Az xəbər verir ki, bu barədə informasiyanı “Haqqin.az” saytı yayıb. Polis əməliyyatı dünən keçirib. Əməliyyat İstanbulun Bakırköy rayonunun “Ömür” ticarət mərkəzində baş tutub. Nəticədə Türkiyədə xüsusi 11 nəfərlik qrup yaxalanıb.
Bu qrupa mərhum qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev rəhbərlik edib. Onun qrupunda Orxan İsmayılov, Camal Həsənov, Əbdürrəhman Çolak, Orxan Ərgin, Hacı Ömər Ərtəkin, Əmrə Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Dənizçi, Məhməd Sabri Şirin adlı şəxslər olub.
Ələ keçirilən Camal Həsənovun Rusiyada axtarışda olduğu bildirilib. O, iş adamı Cabir Həsənovun ölümündə təqsirkar bilinir.
Qeyd edək ki, Lotu Quli bir müddət öncə azadlığa buraxılmışdı. Azadlığa çıxdıqdan dərhal sonra o, Azərbaycanı tərk edərək, İstanbula getmişdi.