Xızı rayonunun Yaşma qəsəbəsinin Xəzər dənizi sahilindən və Şəki rayonu ərazisindən keçən Şin çayının Əyriçaya tökülən hissəsindən qanunsuz qum daşındığı faktları müəyyən edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov “Qafqazinfo”ya bildirib ki, araşdırma zamanı qum qarışığının Xızı rayonunda üzərində dövlət nömrə nişanı olmayan ekskovator və Fuad Atabayevin idarə etdiyi “Shacman” markalı, 77-EL-684 dövlət nömrə nişanlı yük avtomobili, Şəki rayonunda isə Vüsal Qarazadə tərəfindən ağır texnika vasitəsilə daşındığı məlum olub.
B.Məmmədovun sözlərinə görə, faktlarla bağlı təqsirkar şəxslər barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.