Pakistanın Pəncab əyalətinin Sialkot şəhərinin Jungle Dera kəndindəki məscidə orta yaşlı bir şəxsin girərək Qurana hörmətsizlik etdiyi iddia edilib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisəni eşidən kənd sakinləri məscidin ətrafına toplaşaraq Qurana hörmətsizlik etdiyi iddia edilən şəxsi linç edərək öldürüblər.
Xatırladaq ki, Şri-Lankada fabrik müdiri Priyantha Kumar dekabrın 3-də Sialkotda dini qurban verdiyi iddiası üzündən bir qrup tərəfindən hücuma məruz qalaraq öldürülüb və cəsədi yandırılıb.