“QÜRBƏTİN DADI”nı çıxaran şair – Baloğlan CƏLİL

Əslində şeir ünvandır. Harda olursa şairin olsun misralarından boylanır onun harda, necə oldugu, halı, əhvalı, ovqatı şeirlərinə hopur. Əslində şair dogulan gündən ünvanını, yarandıgı günü itirir.
Hal-hal, ovqat-ovqat, sətir-sətir harda yaşamasından asılı olmayaraq könüllərdə iz buraxır. Özü nə qədər əzab çəksə də o boyda oxucusunun qəlbinə yol tapır.
Baloglan Cəlil İdrisi də məhz belə şairlərdəndir. Vətəndən uzaqda yaşadığı ünvanında Bütöv Azərbaycan yaradıb. Sözünün əvvəli də Vətəndi, axırı da.
Baloglan Cəlil şeir yazdıgı qədər də məktub yazır. Məktubu şeirə döndərir:
 
Gəl bu gün səninlə biz uzaq olaq
Torpaq əllərindən keçən günlərin
Dəftər varagını yenə dörd büküb
Sənə ümidimi məktub göndərim.
Baloglan Cəlil İdrisi özü də atadır. Qaygıkeş ata! Amma ata haqqını, ata zəhmətini heç vaxt unutmur:
 
Olub həyatımda duman da, çən də
Bərkiyib qolların çöldə, biçində
Payızda durnalar eldən köçəndə
Bulud tək qaralıb, dolandı Atam.
 
Uduzub neçə yol bəxt yarışında
Yarımçıq bir sevda gəzər başında
Yaşadır anamı göz yaddaşında
Kövrək xəyallarla dolandı Atam.
 
 
Ana əbədi mövzudur. Şairin “Qürbətin dadı” kitabında Ana haaqında şeirləri xüsusi yer alır.
“Bənövşə ətri ” şeirimi anam oxuya bilmədi,  deyən şair, “Ay Ana” şeir ilə bənöbşənin şəklini çəkir:
 
Bir agrı göynəyir kürəyim boyu
Hər agrı..acını ürəyim duyur
Əl böyük kitabım ürəyim boyu
Çoxunu yandırıb,yaxdı ay ana.
 
Şair, kəndə, kəsəyə baglıdır. Qardaşı İdrisə ünvanladıgı “Kişilər baş alıb gedir bu kənddən” şeiri ürəkləri
titrədir:
 
Kişilər baş alıb gedir bu kənddən
Köçəri quşlar tək uçub gedirlər
Dogma yerlərindən qəriblər kimi
Qəbrinin üstündən keçib gedirlər.
Baloglan Cəlil İdrisinin şeirlərində təkrarçılıga yol verilmir.Hər şeir bir mövzudur.Hər şeir bir canlı obrazdır:
 
“Sənin pəncərəndə göyərən agac”, “Yuxu”, “Yalan adam” və sair şeirləri canlı insan kimi oxucusuyla həmsöhbət olur.
Mənə elə gəlir ki, Baloglan Cəlil İdrisi şair olmasaydı rəssam olacaqmış.Çünki o şeirləeində şəkil çəkir…şeirin şəklini:
 
Hər gün dərdlərimin şəklini çəkib
Sonra üz-gözünə sıgal çəkirəm
Başqa şəkillərə çəkməsin deyə
Hər şəklin altında mən qol çəkirəm.
 
Baloglan Cəlil öz-özüylə söhbət edir.Hər bir oxucu bu şeirlərdə özünü tapır.özünə inanır, güvənir:
Susub danışmayan qapı kimiyəm
Kimsəyə zərrəcə xətərim yoxdu
Ancaq o üzündə nələr baş verir
Dostların onlardan xəbəri yoxdur.
O, hər gün həsrət  agrısı ilə yaşayır yazır, yaradır, kitab baglayır və adını da qoyur:
 
“QÜRBƏTİN DADI”
 
Göz çəkdiyim XƏZƏR qərib
Ruhumun göy qanadıdır
Üzü gülən məmləkətim
İçim HƏLƏB meydanıdır.
 
Nə deyim,bəlkə bu sözdən sonra heç nə yazmayım. Bayaqdan kitaba köklənib yazırdım. Amma bu şeir parçası sözümü kəsdi.
Darıxma, qardaşım!
Şairlərin içində qürbət yaşayır. Qəribə,bənzərsiz qürbət. Amma sən o qürbəti ikiqat çəkirsən.
Qürbəti işıqlandıran qələmin,sözün tükənməsin qardaşım!
 
Fərqanə Mehdiyeva
Ulduz jurnalının poeziya şöbəsinin rəhbəri
Share: