Niger Respublikası əhaliyə bu il Qurban bayramında ətlərin odunda bişirilməməsi ilə bağlı xəbərdarlıq edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ölkədə yaşıllıqların ildən-ilə azalmasıdır.
Məlumata görə, ölkənin paytaxtı Niameydə Qurban bayramı günü istifadə edilən odun illik istifadənin 1/5-ni təşkil edir. Bayram günü paytaxtda 400 min xırdabuynuzlu heyvan kəsilməsi gözlənilir. Onların bişirilməsi üçün isə 50 min ton odunun istifadə ediləcəyi təxmin edilir.
Ekologiya müdiri Oumarou Alou xalqa müraciət edərək bayram günü kəsilən ətləri bişirmək üçün odun yerinə kömürdən istifadə etməyi tövsiyə edib.
Rəsmi məlumata görə, maşın, eşşək arabaları və ya dəvələrlə normadan artıq odun gətirənlər şəhərə buraxılmayacaq. O.Alou ekologiyanı qorumaq üçün bu addımı atmağa məcbur olduqlarını bildirib.